Kapitan Marvel (film)

Kapitan Marvel
ing. Captain Marvel
Janr superqəhrəman filmi, elmi-fantastika filmi, döyüş filmi, macəra filmi
Rejissorlar Anna Boden və Rayan Flek
Prodüser Kevin Fayqi
Əsərin müəllifləri Roy TomasCin Kolan tərəfindən yaradılmış Kerol Denvers personajı əsasında
Ssenari müəllifləri Anna Boden
Rayan Flek
Ceneva Robertson-Duoret
Cek Şaffer
Hekayə:
Nikol Perlman
Co Şrapanel
Anna Uoterhaus
Baş rollarda Bri Larson
Samuel L. Cekson
Ben Mendelson
Cimon Hounsou
Li Pase
Laşana Linç
Gemma Çan
Annett Benninq
Klark Qreqq
Cud Lou
Operator Ben Devis
Bəstəkar Pınar Toprak
İstehsalçı Marvel Studios
Distribütor Walt Disney Studios Motion Pictures[d], Disney+
İlk baxış tarixi 8 mart 2019[4], 7 mart 2019[5], 6 mart 2019
Müddət 124 dəqiqə[1]
Büdcə 152–175 milyon dollar[2]
Gəlir 1.128 milyard dollar[3]
Ölkə
Dil ingilis dili
İl 2019
Sonrakı film Qisasçılar: Final
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya
IMDb ID4154664
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kapitan Marvel (ing. Captain Marvel) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2019-cu ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Kapitan Marvel " filmi Marvel Kinematoqrafiya Kainatının iyirmi birinci filmidir. Film Anna Boden və Rayan Flek tərəfindən yazılmış və rejissorluq edilmişdir. Qeneve Robertson-Dvortsen ssenariyə əlavələr etmişdir. Baş rollarda Bri Larson, Samuel L. Cekson, Ben Mendelson, Cimon Hounsou, Li Pase, Laşana Linç, Gemma Çan, Annett Benninq, Klark Qreqq və Cud Lou iştirak etmişdir. 1995-ci ildə baş verən hekayə, Dünyanı iki yadplanetli sivilizasiyası arasında olan qalaktik müharibənin ortasında görən Danversin Kapitan Marvel olmasından bəhs edir.

Filmin inkişafı 2013-cü ilin may ayından başlayıb. Marvel Studiosun ilk qadın super qəhrəman filmi olan film, 2014-cü ilin oktyabr ayında rəsmən elan edildi. Nikol PörlmanMeq Lifov obrazı ayrı-ayrı ələ aldıqdan sonra aprel ayında yazı komandası işə götürdü. Hekayə Roy Tomasın 1971-ci ildəki "Kri-Skrul döyüşü" komiks kitabının hekayəsindən qaynaqlanır. Larson, 2016 San Diego Comic-Con-da Danvers olaraq elan edildi və Boden və Flekin 2017-ci ilin aprel ayında rejissorluq üçün seçildi. Robertson-Dvoret, bir müddət sonra, filmin başlamasına əlavə edilən heyətlə birlikdə ssenarist oldu. Robertson-Dvoret ssenarini öz üzərinə götürdü, çəkiliş heyətinin qalanı isə filmin başlamasından sonra əlavə olundu. Yer çəkilişləri 2018-ci ilin yanvarında başlamışdır. Əsas çəkilişlər isə həmin ilin mart ayında Kaliforniya ştatında başlamış, iyul ayında Luiziana şəhərində sona çatmışdır. Cekson və Qreq — digərlərindən fərqli olaraq, əvvəlki MKK filmlərinin rollarını yenilədi — filmi 1990-cı ilə uyğunlaşdırmaq üçün post-istehsalda rəqəmsal olaraq cavanlaşdırma etdi.

Kapitan Marvel 27 fevral 2019-cu ildə Londonda premyera etdi. 8 mart 2019-cu ildə ABŞ-də IMAX3D teatrlarında nümayiş etdirildi. Film dünya çapında 1,1 milyard gəlir əldə edərək, 1 milyard gəliri keçən ilk qadın superqəhrəman filmi oldu. Film hal-hazırda 2019-cu ilin ən yüksək gəlir əldə edən 2-ci filmi, bütün zamanların ən yüksək gəlir əldə edən 9-cu superqəhrəman filmi və ümumi olaraq ən yüksək gəlir əldə edən 22-ci filmdir. Film, başda Larson olmaqla heyətin performansına görə müsbət rəylər aldı.

  1. Sitat səhvi: Yanlış <ref> teqi; Runtime adlı istinad üçün mətn göstərilməyib
  2. Sitat səhvi: Yanlış <ref> teqi; DHThursday adlı istinad üçün mətn göstərilməyib
  3. Sitat səhvi: Yanlış <ref> teqi; BOM adlı istinad üçün mətn göstərilməyib
  4. Strom M. Marvel Studios phase 3 update (ing.). // marvel.com Marvel Entertainment, 2015.
  5. Dokumentum. 2010.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search